Bakıda və Abşeronda hava tozludur

   Bakıda və Abşeronda hava tozludur
  22 Fevral 2023    Oxunub:735
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AzVision.az -a bildirib ki, havada tozun miqdarı 1,6-3 dəfə normadan artıqdır. Buna səbəb arabir güclənən cənub-qərb və şimal istiqamətli küləklərin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.

“Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”, - o əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti