Bu gün Azərbaycanda ikinci dəfə zəlzələ olub

   Bu gün Azərbaycanda ikinci dəfə zəlzələ olub
  22 Fevral 2023    Oxunub:1790
Lerik rayonunda zəlzələ olub.
Bu barədə AzVision.az -a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib. Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə qeydə alınıb.

Maqnitudası 3.1, dərinliyi 27 km olan zəlzələ hiss edilməyib. Xatırladaq ki, bu gün yerli vaxtla saat 06:25-də İmişli rayonu nda da zəlzələ olub.

AzVision.az


Teqlər:





Xəbər lenti