“Çinlə imzalanacaq qaz müqaviləsi hazırdır”

 “Çinlə imzalanacaq qaz müqaviləsi hazırdır”
  19 May 2014    Oxunub:764
“Rusiya qazının Çinə tədarükü ilə bağlı müqavilə Rusiyaya qaz kəmərləri marşrutunu şaxələndirməyə imkan verəcək, rəsmi Pekin isə enerji defisitini azaldacaq”.
AzVision.az-ın məlumatına görə, bu barədə Çinə səfəri öncəsi jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin bildirib.

“Rusiya və Çin energetika sahəsində uğurla əməkdaşlıq edirlər. Hazırda Rusiya qazının Çinə tədarükü ilə bağlı müqavilənin şərtlərinin razılaşdırılması prosesi aparılır. Hər şey nəzərdə tutulduğu kimi aparılsa, yaxın vaxtlarda Rusiya və Çin arasında yeni qaz müqaviləsi imzalana bilər”, - deyə Putin bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti