Putin qoşununu geri çəkdi

Putin qoşununu geri çəkdi
  19 May 2014    Oxunub:846
Rusiya prezidentin Valdimir Putin rus Rastov, Belqorod və Bryansk vilayətlərində hərbi təlimlər keçən rus ordusunun daimi mövqelərinə geri çəkilməsi əmrini verib.

Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bu arada Kremlin mətbuat xidməti Putinin rəsmi Kiyevlə federallaşma tərəfdarları arasında ilk təmasları dəstəklədiyini açıqlayıb.

Bundan başqa Rusiya, Ukraynanı “güc əməliyyatlarını” dərhal dayandırmağa və ordunu cənub-şərq ərazilərindən geri çəkməyə çağırıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti