Deputat mandatından imtina etdi

Deputat mandatından imtina etdi
  19 May 2014    Oxunub:1387
Türkiyənin ana müxalifəti partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) funksioneri Səbahət Akkiraz Soma faciəsi ilə əlaqədar deputat mandatından imtina edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, millət vəkili Səbahət Akkiraz faciəyə etiraz əlaməti olaraq bu addımı atdığını açıqlayıb.

O, istefası ilə bağlı CHP rəhbəri Kamal Kılıçdaroğlu ilə görüşərək qərar qəbul edib.

Qeyd edək ki, Manisa vilayətinin Soma şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub və 486 işçi xəsarət alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti