Finlərin əksəriyyəti NATO məsələsində İsveçi gözləmək istəmir
![Finlərin əksəriyyəti NATO məsələsində İsveçi gözləmək istəmir Finlərin əksəriyyəti NATO məsələsində İsveçi gözləmək istəmir](https://azvision.az/photos/2023/02/2023-01-30T140020Z_1863295921_RC2I9U9ADSLK_RTRMADP_3_NATO-NORDICS-TURKEY-FINLAND-pic4_zoom-1500x1500-29135-1675339768.jpg)
Respondentlərin 53%-i bu ölkənin NATO-ya qəbul prosesinin yubanacağı təqdirdə Finlandiya İsveçi gözləməlidirmi sualına mənfi cavab verib. Rəyi soruşulanların yalnız 28%-i bildirib ki, Finlandiya İsveç olmadan NATO-ya daxil olmamalıdır. Yanvarın 30-dan fevralın 1-dək keçirilən sorğuda 1021 nəfər iştirak edib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Helsinki adekvat mövqe tutacağı təqdirdə Ankara Finlandiyanın NATO-ya üzv olmaq müraciətinə müsbət cavab verəcək.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: