Rusiya daha güclü hücuma hazırlaşır

   Rusiya daha güclü hücuma hazırlaşır
  02 Fevral 2023    Oxunub:1000
Rusiya 24 fevralda-“işğalın ildönümü günündə Ukraynaya növbəti genişmiqyaslı hücum planlaşdırıb”.
AzVision.az “Theguardian”a istinadla xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksii Reznikov Fransa mediasına müsahibəsində deyib. Qərb və Avropa ölkələrini Ukraynaya daha çox silah göndərməyə çağıran Reznikov xəbərdarlıq edib ki, “Rusiya beş yüz minlik (500 000) ordu yığa bilər”. O iddia edir ki, Rusiya ordusuna Şərqi Donetsk və Luqansk vilayətlərinin “sərhədlərini aşmaq” tapşırığı verilib.

Müdafiə nazirinin fikrincə, Rusiya bu hücumu həm də 23 fevral, Vətən Müdafiəçisi Gününü qeyd etmək üçün həyata keçirə bilər.

“Theguardian” Reznikova istinadən yazır ki, Rusiyanın Ukraynaya hücumları iki istiqamətdə - hazırda ağır döyüşlərin davam etdiyi şərq cəbhəsində və cənub istiqamətində gözlənilir.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti