İsrail İranda xüsusi hərbi əməliyyata başlayıb - Al Arabia
![İsrail İranda xüsusi hərbi əməliyyata başlayıb - Al Arabia
İsrail İranda xüsusi hərbi əməliyyata başlayıb - Al Arabia](https://azvision.az/photos/2023/01/27795468_0_84_1601_984_1920x0_80_0_0_5ef79bccd78d75ffac73a58045c27159-1674986585.jpg)
Lakin İsrail hökuməti İrana qarşı hərbi əməliyyatların başlanması ilə bağlı məlumatı rəsmən təsdiqləməyib.
Nəşr həmçinin bildirir ki, İsrail İranın Təbrizdəki pilotsuz uçan aparat zavoduna, İsfahandakı hərbi müəssisəyə və Mallarddakı sursat anbarına hücum edib. Nəşr başqa təfərrüatları təqdim etmir.
Bundan əvvəl İranın Müdafiə Nazirliyi İsfahanda sursat anbarına pilotsuz təyyarə ilə hücumu təsdiqləyib.
Bundan əvvəl İsrail prezidenti İsxak Hersoq Avropa İttifaqını İranın təmsil olunduğu qaranlıq qüvvələri ilə mübarizə aparmağa çağırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: