Bakı-Tbilisi-Qars dəmir yolu üzrə yük daşımaları optimallaşdırılacaq

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə yük daşımaları optimallaşdırılacaq
  26 Yanvar 2023    Oxunub:841
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının optimallaşdırılması istiqamətində zəruri addımların atılmasını razılaşdırıb.
AzVision.az xəbər verir ki, bu barədə razılıq “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun TCDD Taşımaçılık şirkətinin nümayəndə heyəti ilə görüşündə əldə edilib.

“Bu gün TCDD Taşımaçılık şirkətinin nümayəndə heyəti ilə görüşdük. Türkiyəli həmkarlarla Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu çərçivəsində birgə fəaliyyət proqramını geniş müzakirə etdik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının optimallaşdırılması istiqamətində zəruri addımların atılmasını razılaşdırdıq”, - sədr əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti