Qərb tankları niyə Ukraynada cəbhədən kənarda saxlanılır?

   Qərb tankları niyə Ukraynada cəbhədən kənarda saxlanılır?
  16 Yanvar 2023    Oxunub:730
Ukraynada Qərb tanklarının sıradan çıxarılması onların beynəlxalq reputasiyasına ciddi zərbə vura bilər.
AzVision.az xəbər verir ki, bu barədə Military Watch məlumat yayıb.

Nəşr qeyd edib ki, bu, ilk növbədə bir neçə NATO ölkəsinin Kiyevə verməyə hazır olduğu Almaniyanın "Leopard 2" tanklarına aiddir. Qeyd olunur ki, əvvəllər bu tanklar hətta Suriya və İraqdakı yüngül silahlarla döyüşən üsyançılara qarşı da özünü çox zəif göstərib.

Ukraynanın 2 batalyonu fərarilik edib?
Bundan əlavə, nəşr qeyd edir ki, bu tanklarla işləmək uzun və zəhmətli bir təlim tələb edir ki, bu da texnikaların çatdırılmasında gecikmələrə səbəb olacaq.

Müəllif onu da yazıb ki, Britaniyanın “Challenger 2” tanklarının Ukrayna Silahlı Qüvvələrinə inteqrasiyası zamanı yaranan çətinliklər bu texnikaların cəbhə xəttindən uzaqda saxlanılmasına və yalnız təlimlərdə istifadə olunmasına səbəb ola bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tank   Ukrayna   Qərb  





Xəbər lenti