"Arayikdən Vardanyanın Qarabağdan uzaqlaşdırılması tələb olunur" - Kazaryan

   "Arayikdən Vardanyanın Qarabağdan uzaqlaşdırılması tələb olunur" -    Kazaryan
  16 Yanvar 2023    Oxunub:981
Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının rəhbəri işləmiş Edqar Kazaryan diqqət çəkən açıqlama verib.
AzVision.az xəbər verir ki, o, Facebook səhifəsində canlı yayıma çıxaraq Qarabağ separatçılarının qondarma naziri Ruben Vardanyanın vəzifəsindən istefa verəcəyi ilə bağlı məlumatlardan danışıb.

Hazırda politoloq kimi fəaliyyət göstərən Kazaryan iddia edib ki, Vardanyanın istefası məsələsi təsadüfən gündəmə gətirilməyib. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi qəti şəkildə Nikol Paşinyandan Ruben Vardanyanı siyasi meydandan uzaqlaşdırmağı tələb edib. Bakının bu tələbi isə artıq baş separatçı Arayik Arutyunyana da çatdırılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti