ABŞ Ukrayna hərbçiləri üçün genişləndirilmiş təlimə başladı

   ABŞ Ukrayna hərbçiləri üçün genişləndirilmiş təlimə başladı
  16 Yanvar 2023    Oxunub:981
ABŞ Ukrayna ordusu üçün Almaniyada genişləndirilmiş təlim proqramına başlayıb.
AzVision.az Associated Press agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (CNS) rəhbəri Mark Milli deyib. Təxminən 500 nəfərdən ibarət batalyonun beş-səkkiz həftə ərzində döyüş bölgəsinə qayıtması planlaşdırılır.

Bu gün ABŞ-ın Bavariya hərbi bazasındakı təlim sahəsinə baş çəkməyi planlaşdıran Milli proqram iştirakçılarının bir neçə gün əvvəl Ukraynanı tərk etdiyini bildirib. Onun sözlərinə görə, hərtərəfli təlimdə Kiyevə verilən silahlar, artilleriya sistemləri, tanklar və digər avadanlıqlarla işləməyin öyrədilməsi nəzərdə tutur.

ABŞ Silahlı Qüvvələrinin MKS rəhbəri qeyd edib ki, tapşırıq “yaz yağışları”na qədər hərbçilərə təlim keçməkdir.

Agentliyin məlumatına görə, ABŞ artıq 3 mindən çox ukraynalı əsgər üçün təlim proqramları həyata keçirib. Milli eyni zamanda bildirib ki, belə təlimlər hələ 2022-ci ilin fevralında Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlamazdan əvvəl həyata keçirilib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti