Zelenski Rusiyaya bağlı 198 nəfərə sanksiyalar tətbiq etdi

   Zelenski Rusiyaya bağlı 198 nəfərə sanksiyalar tətbiq etdi
  15 Yanvar 2023    Oxunub:815
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə əlaqəsi olan 198 mədəniyyət xadimi, jurnalist və bloggerə qarşı sanksiya haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDMŞ) qərarını təsdiqləyib.
Siyahıda aktyor Yeqor Beroyev, tənqidçi Sergey Sosedov, rejissor Andrey Konçalovski, prodüser Yana Rudkovskaya və jurnalist Semyon Peqov, həmçinin teleaparıcı Ancelina Vovk, jurnalist Pavel Zarubin, yazıçı və bloger Dmitri Puçkov və Birinci ictimai pravoslav telekanalı "Spas"ın baş direktoru Boris Korçevnikov var.

Məhdudlaşdırıcı tədbirlər 10 il müddətinə Ukraynalı jurnalist Diana Pançenkoya da aitdir.

Bildirilir ki, sanksiyalar siyahısına aktivlərin bloklanması, ticarət əməliyyatlarının məhdudlaşdırılması, qismən və ya tam resursların tranzitinin, uçuşların və Ukrayna ərazisindən daşınmanın dayandırılması daxildir.

Habelə iqtisadi və maliyyə öhdəliklərinin icrasının dayandırılması ilə yanaşı, kapitalın bu ölkədən kənara çıxarılmasının qarşısının alınması, qiymətli kağızlarla əməliyyatların tam və ya qismən qadağan edilməsi də şamil edilir.

Bundan əlavə, sanksiya siyahısında olanlara texnologiyanın, əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların ötürülməsi qadağan ediləcək. Onlarla maarifləndirici və ya idman əlaqəsi saxlamaq, əyləncəli verilişlər yayımlamaq qadağan olunacaq. Bundan başqa, onlar dövlət mükafatlarından məhrum ediləcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti