Mirror: Britaniya Ukraynaya Apache helikopterlərini verir

      Mirror:    Britaniya Ukraynaya Apache helikopterlərini verir
  15 Yanvar 2023    Oxunub:741
Britaniya Ukraynanı Hellfire raketləri ilə silahlanmış Apache helikopterləri ilə təmin edəcək.
Bu barədə “Mirror” Britaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Helikopterlərin dəqiq sayı məlum deyil, nəşrə görə, dörddən çox olmayacaq.

Qəzetin mənbəsinin sözlərinə görə, “Challenger 2” tankları Ukrayna Silahlı Qüvvələrinə göndərildikdən sonra helikopterləri də təhvil veriləcək.Qəzetin həmsöhbəti bunun dəqiq nə vaxt baş verəcəyini açıqlamayıb.

Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya diplomatik və hərbi dəstəyi gücləndirdiyini açıqlayıb.

O, həmçinin 14 “Challenger 2” tankının Kiyevə təhvil verildiyini açıqlayıb.

McDonnell Douglas AH-64 Apache Amerika döyüş helikopteridir. O, eyni vaxtda 16 Hellfire tank əleyhinə mərmi, 76 Hydra raketi və avtomatik topla silahlana bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti