Rusiyalı MMA döyüşçüsü qatarda ölü tapıldı
![Rusiyalı MMA döyüşçüsü qatarda ölü tapıldı Rusiyalı MMA döyüşçüsü qatarda ölü tapıldı](https://azvision.az/photos/2023/01/nBkSUhL2hFgnm8m-Jr6BrNOp2Z3z8Zj21iDEh_fH_nKUPXuaDyXTjHou4MVO6BCVoZKf9GqVe5Q_CPawk214LyWK9G1N5ho=2fW4vCQ3ev3FN9BuonXeuw-1673777463.jpg)
“Qaqloyevin cəsədi qatar dayanacağı zamanı tapılıb”, - mənbə deyib.
Telegram Baza kanalının məlumatına görə, Georgi Qaqloyev yastıqla boğularaq öldürülüb. Media layihəsinin mənbələrinin məlumatına görə, onun qətli xalası və Şimali Qafqazda tanınmış falçı Rimma Qaqloyevanın itkin düşməsi ilə bağlı ola bilər.
Rimma Qaqloyeva 2022-ci ilin fevralında Qroznı hava limanından İnquşetiyaya gedərkən yoxa çıxıb. Qohumları onun öldürüldüyünü ehtimal edir. Qaqloyev Çeçenistan rəhbəri Ramzan Kadırova müraciət edərək onun tapılmasında kömək istəyib.
Georgi Qaqloyevin 25 yaşı var idi. Karyerası ərzində MMA-da üç döyüş keçirib və bu döyüş onun üçün məğlubiyyətlə başa çatıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: