İran müdafiə nazirinin keçmiş müavinini edam etdi
![İran müdafiə nazirinin keçmiş müavinini edam etdi İran müdafiə nazirinin keçmiş müavinini edam etdi](https://azvision.az/photos/2023/01/1673453450357-1673678892.jpg)
Əkbəri Böyük Britaniyaya casusluq etməkdə ittiham olunub. Belə ki, İran mediasında yayılan məlumata görə, xüsusi əməliyyat nəticəsində saxlanılan Əkbəri Böyük Britaniyanın “Mİ-6” kimi tanınan Gizli Kəşfiyyat Xidmətinə İranın məxfi və strateji mərkəzləri barəsində məlumatlar ötürüb.
Britaniya və İran vətəndaşlığına sahib olan Əkbəri 1995-2005-ci illərdə İran müdafiə nazirinin müavini vəzifəsində olub.
AzVision.az
Teqlər: