Koronavirus peyvəndinin istehsalı azaldılır
![Koronavirus peyvəndinin istehsalı azaldılır Koronavirus peyvəndinin istehsalı azaldılır](https://azvision.az/photos/2023/01/16736693161420659580_1200x630-1673675281.jpg)
Nəşrin məlumatına görə, “Johnson & Johnson” tərəfindən hazırlanmış koronavirus peyvəndi 2021-ci ilin fevralında ABŞ-da istifadə üçün bütün təsdiqləri alıb. O dövrdə ABŞ səlahiyyətlilərinin dərmandan böyük gözləntiləri var idi. Çünki “Moderna” və ya “Pfizer”dən fərqli olaraq, “Johnson & Johnson” peyvəndi bir komponentlidir və saxlama şərtləri daha uyğundur. Bununla belə istehsalın artırılması ilə bağlı problemlər, həmçinin peyvənddən sonra aşkarlanmış qan laxtalanma riski bu peyvəndi seçən amerikalıların sayının rəqiblərdən dəfələrlə az olmasına səbəb oldu.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzinin məlumatına görə, pandemiyanın başlanğıcından bəri ölkədə təxminən 400 milyon doza “Pfizer”, 290 milyon doza “Moderna” və 19 milyon doza “Johnson & Johnson” peyvəndi istifadə edilib.
AzVision.az
Teqlər: