Kommersant: Paşinyan sadəcə olaraq hərbə-zorba gəlir

      Kommersant:    Paşinyan sadəcə olaraq hərbə-zorba gəlir
  13 Yanvar 2023    Oxunub:922
“Kommersant” qəzeti Cənubi Qafqazdakı vəziyyətlə bağlı material çap edib.

AzVision.az xəbər verir ki, materialda Nikol Paşinyanın qəti addım atmaqda cəzasəri olmadığı vurğulanıb.

“Nikol Paşinyanın yarım- yapalaq tədbirləri kənara qoyub, qəti addımlar atmağa hünəri varmı, məsələn, KTMT-dən çıxa bilirmi? Hələlik, sadəcə olaraq, hərbə-zorba gəlir," deyə qəzet yazır.

Materialda daha sonra Azərbaycan lideri İlham Əliyevin də siyasi davranışları şərh edilib.


"İlham Əliyevin mövqeyinə gəlincə, bu, hamıya məlumdur: o, döyüşmək fikrində deyil. İlham Əliyev Qarabağ ermənilərinə seçim təklif edir - ya Azərbaycan pasportunu almalıdırlar, ya da getməlidirlər," deyə Kommersant qəzeti yazır.

Qəzet Rusiyanın da niyyətini açıqlayıb.

"Bəs Rusiya? Belə görünür ki, Cənubi Qafqazda nüfuzunu itirir. Qalır, bu prosesin nə qədər dərin, geri dönüşünün mümkün olub-olmamasını aydınlaşdırmaq. Təkcə onu demək olar ki, Ermənistan hələ də Moskvadan asılıdır, amma nəzəri olaraq bu vəziyyəti dəyişmək üçün bir sıra tədbirlər görülə bilər. Nəzəri olaraq!"," deyə məqalədə qeyd edilir.

AzVision.az





Teqlər:





Xəbər lenti