Sərdar Cəlaloğlu: “Ollanda deyəcək sözüm vardı”

Sərdar Cəlaloğlu: “Ollanda deyəcək sözüm vardı”
  13 May 2014    Oxunub:956
“Fransa prezidenti Fransua Ollandla müxalifət liderlərinin görüşünə dəvət olunmamağımız iki amillə bağlıdır. Birincisi Fransa hökumətinin siyasəti ilə bağlı bizim tutuduğumuz yoldur. Belə ki, Fransanın Qarabağ problemi ilə bağlı siyasətinə ardıcıl olaraq sərt mövqe sərgiləmişik, görünür, bu, onları maraqlandırmır”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Azərbaycan Demorkat Partiyasının sədri Sərdar Cəlaloğlu Fransa prezidenti Fransua Ollanda müxalifət liderlərinin görüşünə çağırılmamasından danışarkən deyib. O vurğulayıb ki, prezidentlə görüşə çağırılmamasının səbəbi rəhbəri olduğu partiyanın siyasətidir.

“Ümumiyyətlə, partiyamızın Azərbaycanın demokratikləşməsi ilə bağlı fikirlərimizin onların planları ilə üst-üstə düşməməsi də digər səbəbdir”.

Partiya sədri Ollandın müxalifət liderləri ilə görüşünü də şərh edib. O hesab edir ki, mətbuata verilən məlumatlardan aydın olur ki, görüş formal xarakterlidir.

“Fransa prezidentinin çıxışından da məlum oldu ki, onları maraqlandıran Azərbaycanın iqtisadi imkanları, potensialıdır. Onlar daha çox indiki Avropanı bürüyən iqtisadi böhrandan çıxmaq üçün Azərbaycanda iqtisadi əlaqələri qurmağa üstünlük verirlər. Müxalifəti maraqlandıran isə demokratik məsələlərdir, Fransa da buna çox da maraq göstərmir. Çünki bu ölkənin özündə də qondarma erməni soyqırımı və digər sahələrdə problemlər var”.

Partiya sədri Fransua Ollanla görüşsəydi ona deyəcək sözünün olduğunu da gizlətməyib.

“Mən Fransua Ollandla görüşsəydim Fransa dövlətinin, həm Minsk qrupunun həmsdəri kimi, həm də 1800-cü illərdə Napoelonla müttəfiqlik etdiyimizə görə sonradan rusların bizim ərazimizi işğal etməsi, xalqımızı uzun illər əsarətdə saxlaması ilə bağlı öz iradlarımı bildirərdim. Sizə görə ruslar bizi işğal edib, siz isə bu gün erməniləri dəstəkləyirsiz. Fətəli şahın dövründə Fransızların Qafqazda yeganə mütəffiqi qacarlar olub. Fransa-Rusiya müharibəsindən sonra Fransanın müttəfiqi olduğuna görə, ruslar Qafqaza hücum etdi. Mən bu cür məsələləri qaldırardım”.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland Azərbaycanda iki günlük rəsmi səfəri çərçivəsində ötən gün Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə görüş keçirib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti