“Ermənistan öz əkdiyinin meyvələrini dərməkdədir”

“Ermənistan öz əkdiyinin meyvələrini dərməkdədir”
  09 Aprel 2013    Oxunub:1072
“Ermənistanda ikihakimiyyətlilik formalaşır”.
Bu sözləri YAP siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Serj Sərkisyanın andiçmə mərasiminə münasibət bildirərkən deyib.

“Sərkisyan artıq and içib. Onunla paralel şəhərin Azadlıq meydanında seçkilərsə ikinci yer tutduğu elan edilib, parlament deputatı, "İrs" partiyasının sədri Raffi Ovanesyanın öz inaqurasiya tədbiri keçirilir. O Sarkisyan hakimiyyətini tanımadığını və onun meydana gələrək xalqdan üzr istəməyini tələb etdi”.

Ermənistanda faktiki olaraq ikihakimiyyətlilik formalaşır. Prezident seçkilərinin nəticələrini tanımayan müxalifət əvvəlki seçkilərdən sonrakı situasiyalardan fərqli yol gedəcəyini elan etmişdi və bu baş verdi. Qonşu dövlət üçün faciə də məhz bundan başlayır. Bunlar hamısı gözlənilən idi.

Sərkisyanla yanaşı müxalifət lideri Ovanisyanın da inaqurasiya keçirməsi ölkədə iki dövlət başçısının meydana gəlməsi və ikihakimiyyətliliyin yaranması deməkdir.

Bu gündən Ermənistanda çox dəhşətli hadisələrin başlaması tam realdır. Çox ehtimal ki, iki prezidentin meydana gəlməsi qan tökülməsi ilə nəticələnəcəkdir. Çünki, Sərkisyan könüllü olaraq getməyəcəkdir, ona sadiq güc qüvvələri isə "ikinci" prezident Ovanisyanın və müxalifətin gücünü dağıtmağa cəhd edəcəklər. Bu isə onun mövqelərinə hücuma və qarşıdurmada qan tökülməsinə səbəb olacaqdır”.

“Afrika Və Latın Amerikası ölkələrində baş verən hadisələr burada da baş verə bilər. Hesab etmirəm ki, Ovanisyan sadəlövh insandır və götür-qoy etməmiş özünü prezident elan etsin”.

“Bir sözlə Ermənistan öz əkdiyinin meyvələrini dərməkdədir. Azərbaycana qarşı aqressiya, beynəlxalq hüquq normamalarını saymamzlıq Ermənistanda ciddi böhrana gətirib çıxarmalı idi. Bu dövlətçilki böhranı, qanun böhranı, cəmiyyətlə hakimiyyət münasibətləri böhranıdır.

Ermənistanda qara günlər daha da ağırlaşmağa başlayır”.

AzVision.az



Teqlər:  





Xəbər lenti