“Telegram”ın anonimlik dövrü bitdi

 “Telegram”ın  anonimlik  dövrü bitdi
  04 Dekabr 2022    Oxunub:1627
Rusiyanın hüquq-mühafizə orqanları “Telegram” platformasındakı anonim kanalların adminlərini müəyyənləşdirməyin yolunu öyrəniblər. Bununla bağlı hətta əməkdaşlar üçün xüsusi metodik vəsait də hazırlanıb.
Rusiya Federasiyasının Təhqiqat Komitəsi yaydığı açıqlamada müxtəlif messencerlərdən məxfi informasiyanı əldə etmək üçün xüsusi metodlar hazırladığını bildirib. Bu metodlar təhqiqatçılar və kriminalistlər üçün nəzərdə tutulub.

Qeyd olunur ki, əgər “Telegram” kanalının bir neçə admini varsa, onların birinin haqqında məlumatın müəyyənləşdirilməsi digərlərinin də anonimlikdən çıxarılması üçün kifayətdir.

“Telegram”da məxfiliyin qorunması haqda mif çox geniş yayıldığından, bəziləri insayder informasiyalarını və məxfi materialları məhz həmin platformada yaymağı üstün tuturlar. Sifarişli ifşaedici məlumatlara da daha çox orada rast gəlinirdi.

Samir Quliyev


Teqlər: Telegram  





Xəbər lenti