Hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb

Hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb
  03 Dekabr 2022    Oxunub:1362
Ağstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb.
AzVision.az xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan ilkin yoxlama hərəkətləri ilə əlaqədar keçirilən baxış zamanı Ağstafa şəhərində
yerləşən "Təbriz" hotelinin 1-ci mərtəbəsində yerləşən otaqda əxlaqsız yuva kimi təşkil olunaraq saxlanılması müəyyən edilib.

Faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama, Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti