İran millisinin kapitanı: "Xalqımız xoşbəxt deyil"

      İran millisinin kapitanı:    "Xalqımız xoşbəxt deyil"
  21 Noyabr 2022    Oxunub:734
İran millisinin kapitanı Ehsan Haysafi ölkəsində keçirilən etiraz aksiyaları ilə bağlı fikirlərini bildirib.
AzVision.az "France 24"ə istinadən xəbər verir ki, DÇ-2022-də bu gün İngiltərəyə qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında təcrübəli futbolçu gözlənilmədən aksiyalara bağlı da danışıb.

"Onlar (aksiya iştirakçıları) bilməlidirlər ki, biz təəssüflənirik. Etiraf etməliyik ki, bizim ölkədə şərait doğru qurulmayıb, xalq xoşbəxt deyil. Biz burdayıq. Amma bu o demək deyil ki, biz xalqımızın səsini çatdırmamalı, onlara hörmət etməməliyik. Hər şeyə görə biz öz xalqımıza borcluyuq. Biz ona görə burdayıq ki, bütün gücümüzlə oynayaq, meydanda can qoyaq, mübarizə aparaq, qollar vuraq və bunu İran xalqına həsr edək. Ümid edirəm ki, İranda vəziyyət insanların istəyinə uyğun dəyişəcək və hamı xoşbəxt olacaq".

Xatırladaq ki, artıq iki aydan coxdur İranda 22 yaşlı Məhsa Əmininin çarşabını çıxardığı üçün polislər tərəfindən öldürülməsinə etiraz olaraq etiraz aksiyaları keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti