Qətərdə dünya çempionatı başladı - YENİLƏNİB

 Qətərdə dünya çempionatı başladı -  YENİLƏNİB
  20 Noyabr 2022    Oxunub:2866
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyunu başlayıb .



AzVision.az xəbər verir ki, "El-Bayt" stadionunda keçirilən görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edir.
***
Qətərin paytaxtı Dohadan 40 kilometr şimalda yerləşən El-Xaur şəhərindəki “El-Bayt" stadionunda dünya çempionatının açılış mərasimi baş tutub.

AzVision.az xəbər verir ki, mərasim Cənubi Koreyanın BTS adlı k-pop qrupunun üzvü Çon Conqukun “Dreamers” musiqisinin sədaları altında başlayıb.

Bir çox tanınmış xarici və yerli müğənnilər öz ifaları ilə iştirak ediblər. Çempionat Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Qətər – Ekvador oyunu ilə start götürəcək.

***
Futbol üzrə dünya çempionatının açılış mərasiminə start verilib.

AzVision.az xəbər verir ki, tədbir müqəddəs Qurani-Kərimin sədaları ilə başlayıb.

Mərasimdən sonra sayca 22-ci mundialın ilk oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gələcək.

A qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 60 minlik azarkeş tutumuna malik “El-Bayt” stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edəcək.















AzVision.az


Teqlər:





Xəbər lenti