Qətəri cəhənnəmə bənzətdi

Qətəri cəhənnəmə bənzətdi
  19 Noyabr 2022    Oxunub:716
İngiltərə millisinin bir azarkeşi DÇ-2022-yə ev sahibliyi edəcək Qətəri cəhənnəmə bənzədib.
AzVision.az xəbər verir ki, fanat "The Times"a açıqlamasında bildirib:

“Qətərdəki fan zonaları və fan kəndləri cəhənnəmdir. Mənzildə kondisioner güclə işləyir və uçan döyüş təyyarəsi kimi səs çıxarır. Gün ərzində davamlı işləsə belə, temperatur yenə də 27 dərəcədən aşağı düşməyəcək. Gecə onu yandırmaq olmaz, çünki çox səs-küylüdür.

Çarpayılar? Onlar qaya kimi sərtdirlər, sən də yerdə yata bilərsən. Mən heç vaxt belə narahat yerdə olmamışam. 10 gündür ki, buradayıq və bu, qorxulu yuxudur. Bəlkə də burada bir və ya iki gecə keçirsəniz, yaxşı olardı. Amma daha çoxu dəhşətlidir".

Dünya çempionatı zamanı Qətərdə havanın orta temperaturu 25-30 dərəcə olacaq.

Qeyd edək ki, DÇ-2022 tarixdə qış aylarında keçirilən ilk mundialdır. Yarış sabah - noyabrın 20-də start götürəcək və dekabrın 18-dək davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti