Ramil Usubovdan yeni təyinatlar

Ramil Usubovdan yeni təyinatlar
  09 Aprel 2013    Oxunub:1380
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.
AzVision.az xəbər verir ki, əmrə əsasən, Baş Mühafizə İdarəsinin Xətai rayon mühafizə şöbəsinin rəisi Natiq Dəmirov tutduğu vəzifədən azad edilib. Onun yerinə Nəsimi rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi Azad Quliyev təyinat alıb.

R. Usubovun imzaladığı digər əmrlərlə Xətai RPİ-nin 36-cı Polis Bölməsinin rəisi Nasir Babayev Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə, 20-ci Polis Bölməsinin rəisi Sahib Babayev Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə, 2-ci Polis Bölməsinin rəisi Sultan Zeynalov 1-ci Polis Bölməsinə, 1-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov isə 21-ci Polis Bölməsinə rəis təyin olunublar.

Bundan əlavə, daxili işlər nazirinin əmri ilə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin rəisi Arif Məmmədov sərəncama göndərilib. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin rəis müavini Rəşad Əhmədzadə 6-cı Polis Bölməsinə, Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin rəis müavini Vidadi Qurbanov isə 36-cı Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.




Teqlər:  





Xəbər lenti