Baba Rzayev azad edilən ərazilərdə görülən işlərin hesabatını verdi

   Baba Rzayev azad edilən ərazilərdə görülən işlərin hesabatını verdi
  05 Noyabr 2022    Oxunub:1068
“Bu günə kimi “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə 400 km-dən artıq ikidövrəli olmaqla, fiberoptik kabellə təchiz edilən 110 kV-luq ötürmə xətti çəkilib”.
Bu barədə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin “Azərbaycan” qəzetində qəzetində dərc edilən “İşğaldan azad edilən bütün ərazilərdə Azərbaycan işığı yanır” adlı məqaləsində deyilir. Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə ümumilikdə, 22 enerji obyekti üzrə 4 su-elektrik stansiyası, 10 rəqəmsal yarımstansiya və 1 Regional Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istismara verilib.

Baba Rzayev əlavə edib ki, beş yerdə kiçik su-elektrik stansiyası və 3 yerdə yarımstansiyanın tikintisi davam edir və yaxın aylarda başa çatacaq.

“Qarabağ və Şərqi Zəngəzurda tikilən bütün enerji obyektləri rəqəmsallaşdırılıb. Burada qəzaların vaxtından əvvəl aradan qaldırılması, proseslərin idarə edilməsi, açılıb-qoşulma əməliyyatları avtomatlaşdırılıb və bir sözlə, işlər dördüncü sənaye inqilabına uyğun şəkildə rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq həyata keçirilib. 30 illik həsrətdən sonra bu gün işğaldan azad edilən bütün ərazilərdə artıq Azərbaycan işığı yanır”.

AzVision.az



Teqlər:





Xəbər lenti