İlham Əliyev : "Azərbaycan Gürcüstana üç milyard dollardan çox sərmayə qoyub"

      İlham Əliyev   : "Azərbaycan Gürcüstana üç milyard dollardan çox sərmayə qoyub"
  24 Oktyabr 2022    Oxunub:870
Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz də hazırıq.
AzVision.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında söyləyib.

İkitərəfli gündəliklə bağlı danışan dövlətimizin başçısı deyib: “Ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin doqquz ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana üç milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir”.

AzVision.az



Teqlər:





Xəbər lenti