“Azərsu”: Partlayış baş verən su kəməri sovet dövründə çəkilib

      “Azərsu”:    Partlayış baş verən su kəməri sovet dövründə çəkilib
  15 Oktyabr 2022    Oxunub:1042
“Partlayış baş verən su kəməri sovet dövründə çəkilib, hər il müxtəlif yerlərdə qəzalar baş verir”.
Bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, hazırda əhalinin su ilə təchizatında problem yoxdur.

Qeyd edək Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərlərindən birində gecə saatlarında baş vermiş qəza nəticəsində (Qaradağ rayonu Qaz Emalı Zavodunun yaxınlığı) ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.

Aidiyyəti qurumların əməkdaşları hazırda hadisə yerindədir, qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

AzVision.az


Teqlər:





Xəbər lenti