Yadplanetlilərin yer üzündəki izləri: Su borusunda tapılan kəllə sümüyü

      Yadplanetlilərin yer üzündəki izləri:    Su borusunda tapılan kəllə sümüyü
  10 Oktyabr 2022    Oxunub:4903
Uzun müddət yadplanetlilərin yer üzünü ziyarət etdiyinə şübhə ilə yanaşa və tamamilə inkar edə bilərik. Lakin dünyanın fərqli-fərqli künclərində tapılan mənşəyi bəlli olmayan məxluqların izlərini insanlara necə izah edə bilərik?
2007-ci ildə Danimarka adası olan Zelandiyada qəribə bir kəllə sümüyü tapılıb. Bu tapıntı Olstikk kəndində çalışan bir işçi tərəfindən aşkarlanıb. Orada yerləşən evlərin birində su boruları bərpası edilirmiş. Fəhlə sümüyü gördükdə onun at skeletinin bir parçası olduğunu düşünüb. Yalnız ona diqqətlə nəzər saldıqda başa düşüb ki, bu tapıntı insanın kəllə sümüyünü xatırladır. Həmin kəllə sümüyü araşdırılması üçün dərhal alimlərə çatdırılıb. Karbon analizi zamanı aydın olub ki, o 1200-1280-cı illərdə yaşayan bir məxluqa aiddir.

Kəllə sümüyü yalnız 1900-cu ildən sonra bu boruda peydə olub. Həmin ilə qədər Olstikk kəndində su borusu olmayıb. Güman edilir ki, kəllə sümüyünün ilk saxlandığı yer fərqli bir məkan olub. Daha sonra onu 2007-ci ildə tapıldığı məkanda gizlədiblər.

Kopenhagenin Ali veterinarlıq məktəbində belə bir qənaətə gəliblər ki, bu kəllə sümüyü məməli heyvana aiddir. Lakin alimlər bu məxluqun adını Karl Linneyin təsnifat sistemində tapa bilməyiblər. Adı bilinməyən məxluqun kəllə sümüyü insan kəllə sümüyündən 1,5 dəfə böyükdür. Onun əsas xüsusiyyəti gözlərinin iri və böyük olması idi. Görünən odur ki, o, qaranlıqda çox yaxşı görürmüş. Alimlərin fikrinə görə, məxluqun kəllə sümüyünün hamar səthi onun soyuq mühitdə yaşamağa öyrəncəli olduğunu göstərir. Danimarkada tapılan kəllə sümüyü günümüzdə belə antropologiyanın ən böyük tapmacalarından biri olaraq qalır. O Yer üzündə mövcud olan heç bir heyvana aid deyil və eyni zamanda da insan kəllə sümüyünə çox bənzəyir. Onun yadplanetli, mutant və hətta el arasında paralel dünyadan gələn qonaq olduğu ümumi versiyalardan biridir.



2001-ci ilin may ayında Bolqarıstanın Plovdiv şəhər sakini Roman Gençev Şərqi Rodop dağlarında sirli və mənşəyi bilinməyən kəllə sümüyü tapıb. Kəllə sümüyünün ölçüsü uşaq başının ölçüsü ilə eyni olub. Çəkisi isə 250 qram imiş. Sofiya Universitetinin təkamül və müqayisəli anatomiya üzrə mütəxəssisi həkim Danielo Peşev tapıntı üzərində apardığı araşdırma nəticəsində belə bir qənaətə gəldi ki, bu cür kəllə sümüyü quruluşuna sahib olan heyvan yer üzündə mövcud olmayıb. Radioloq Angel Tomov da araşdırma aparıb və bu kəllə sümüyünün quruluşunun onurğalılar arasında analoqunun olmadığını bildirib. Naməlum tapıntının əsas xüsusiyyəti kəllə sümüyünün səthini örtən sümük qapağının olması idi. Qapaq iki hissədən ibarət idi və əsas mərkəzi silsilənin və sümük çıxıntılarının mürəkkəb sistemi vasitəsi ilə günbəzlə birləşir.



ABŞ-ın Teksas ştatında yerləşən Biq-Bent-Kantridə mağara tapılıb. Mağaranın içində isə qədimi bir məxluqun qalıqları aşkarlanıb. Onun kəllə sümüyü yalnız tək bir gözdən ibarət olub. Alimlər təpəgözün çəkisinin 300 kiloqram, boyunun isə 2,5 metr olduğunu qeyd ediblər.



Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti