Gənclərə sağlam həyat tərzi təşviq olunur

Gənclərə sağlam həyat tərzi təşviq olunur
  09 Oktyabr 2022    Oxunub:1582
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi akademiyası” layihəsi çərçivəsində tədbirlər başa çatıb.
İctimai birlikdən AzVision.az -a verilən məlumata görə, Qəbələ və Oğuz rayonlarında həyata keçirilən tədbirlərdə gənclər, ümumtəhsil müəssisələrinin müəllim və şagird heyəti, QHT nümayəndələri, ictimai fəallar iştirak ediblər.

Layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Sosial İqtisadi İnkişafa Dəstək” İB, layihənin məqsədi, vəzifələri, tədbirin proqramı haqda ətraflı məlumat verib. Layihə çərçivəsində Qəbələ və Oğuz rayonlarında yeniyetmə və gənclər, məktəblilər arasında tibbi bilik və bacarıqların artırılması, sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə istiqamətində seminarlar, həmçinin, futbol və voleybol yarışlarının həyata keçirildiyini bildirilib.

Layihənin eksperti Saleh Aslanov tərəfindən sağlam həyat tərzinə sahib olmağın zəruriliyi, zərərli vərdişlərə aludəçiliyin fəsadları, narkotikdən uzaq durulmasının vacibliyi, gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələri, sağlamlığa daimi nəzarətin önəmi, peyvənd olunmağın zəruriliyi, fiziki aktivliyin əhəmiyyəti, nizamlı yuxunun faydaları və s. haqqında geniş məlumat verib. Layihə iştirakçıları sertifikatlarla təltif ediliblər. Bundan başqa, layihənin idman yarışlarının hakimi Sübhan Şeydayevin iştirakı ilə futbol və voleybol yarışları təşkil edilib. Həyata keçirilən futbol və voleybol yarışları üzrə final oyununun qaliblərinə layihə çərçivəsində nəzərdə tutulmuş qiymətli hədiyyələr təqdim edilib.







AzVision.az



Teqlər: Gənclər  





Xəbər lenti