“Qarabağ”ın qapıçısı ən çox seyv edən qolkiperlər arasında

“Qarabağ”ın qapıçısı ən çox seyv edən qolkiperlər arasında
  07 Oktyabr 2022    Oxunub:911
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsində ən çox seyv edən qapıçılar sırasında yer alıb.
28 yaşlı qolkiper dünən “Olimpiakos” - “Qarabağ” görüşündə (0:3) inamlı oyunu ilə seçilib. Üç turda Şahruddin Məhəmmədəliyev 12 seyv edib. Bu göstəricidə o, 6-cı yeri tutur.

Siyahıya liderliyi isə hərəyə 16 seyvlə HİK-in (Finlandiya) qapıçısı Konor Hazard və Deneş Dibus edir.

AzVision.az


Teqlər:





Xəbər lenti