"WhatsApp"dan uzaq durun" - Telegramın yaradıcısı

   "WhatsApp"dan uzaq durun" -    Telegramın yaradıcısı
  06 Oktyabr 2022    Oxunub:1458
“WhatsApp”dakı təhlükəsizlik problemləri səbəbindən hakerlər istifadəçilərin telefonlarında olan hər şeyə tam giriş əldə edə bilirlər. AzVision.az xəbər verir ki, bunu "Telegram" sosial şəbəkəsinin yaradıcısı Pavel Durov deyib.
"Bu, keçən həftə "WhatsApp"ın özünün açıqladığı təhlükəsizlik problemi sayəsində üzə çıxdı", - Durov "Telegram" kanalında yazıb.

Niyə İlon Mask feysbuk işlətmir?
O, fikirlərinə onu da əlavə edib ki, mobil cihaz üzərində nəzarəti ələ keçirmək üçün hakerlər istifadəçiyə yalnız zərərli video göndərməli və ya tətbiqdə videozəngə başlamalıdırlar.

"Siz istənilən mesajlaşma proqramından istifadə edə bilərsiniz, lakin "WhatsApp"dan uzaq durun. O, artıq 13 ildir ki, insanların müşahidə alətinə çevrilib", - Durov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Haker   Teleqram  





Xəbər lenti