Smartfon 10 dəqiqədən az müddətdə şarj ediləcək

   Smartfon 10 dəqiqədən az müddətdə şarj ediləcək
  03 Oktyabr 2022    Oxunub:1456
Hazırda dünyada smartfonu altı dəqiqə ərzində 0-dan 80%-ə qədər şarj edən sürətli enerji doldurma texnologiyası mövcuddur. Gələn il bu prosesi daha da sürətləndirəcək həll yolu tapılacaq.
Bu barədə “iXBT.ru” portalı məlumat yayıb. Portal qeyd edib ki, istehsalçıların bütün səyləri məhz bir şarj dövrünün vaxtını azaltmağa yönəlib, çünki cihazların məhdud ölçüsünə görə qadcetlərin məhsuldarlığını artırmaq və onların daha uzun müddət işləməsini təmin etmək mümkün deyil.

Qeyd olunub ki, gələn il bazarda ən yaxşı nəticələrə malik qurğular peyda olacaq. İstehsalçılar şarj müddətini tək rəqəmlərə endirməyi planlaşdırırlar, yəni 0-dan 100%-ə qədər şarj müddəti 10 dəqiqədən az davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti