Dövlət məmurunun oğlu Suriyada öldürüldü - ŞOK

Dövlət məmurunun oğlu Suriyada öldürüldü - ŞOK
  04 May 2014    Oxunub:1110
Türkiyənin Diyarbəkir şəhərinin Sur ilçəsi bələdiyyə sədri Seyid Narının 22 yaşındakı oğlu Əli Narın Suriyada kürdlərin yaşadığı bölgədə öldürülüb.

PKK-ya bağlı saytlardan birində Narının qarşıdurma zamanı öldürüldüyünü qeyd edilib.

Narının öldürüldüyünü təsdiq edən Surun sabiq bələdiyyə sədri hadisənin nə vaxt baş verdiyi barədə məlumatlı olmadığını deyib. Oğlunun ölüm xəbərini alan bələdiyyə sədri başsağlıqlarını qəbul edib.

Qeyd edək ki, Suriyada kürdlərin yaşadığı Rojava bölgəsində yerli əhali ilə İŞİD arasında kəskin qarşıdurmalar davam edir. (Axar.az)



Teqlər:





Xəbər lenti