Azərbaycanda rəis sərəncama götürüldü: Beş nəfər işdən qovuldu

   Azərbaycanda rəis sərəncama götürüldü:    Beş nəfər işdən qovuldu
  02 Sentyabr 2022    Oxunub:863
Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Elnur Quliyev işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
O, sərəncama götürülüb. Hazırda Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur. Eyni zamanda, DYP-nin bir əməkdaşı işdən çıxarılıb, beş nəfər isə daxili işlər orqanlarından xaric edilib.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə Xaçmaz DYP-nin rəisi polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul müzakirə etdiyi barədə görüntülər yayılmışdı. (Oxu.az)

AzVision.az


Teqlər:





Xəbər lenti