Britaniyalı 1976-cı ildən yağışla 6000 litr ehtiyat su yığıb

   Britaniyalı 1976-cı ildən yağışla 6000 litr ehtiyat su yığıb
  26 Avqust 2022    Oxunub:1372
Böyük Britaniya vətəndaşı 1976-cı ildən yağış suyunu saxlayır və quraqlıq baş verəcəyi təqdirdə 6 000 litr su ehtiyatına malikdir.
82 yaşlı Peter Harden 1976-cı ildə İngiltərədəki quraqlıqdan sonra ilk yağış suyu çənlərini quraşdırdığını söyləyib. Bu fikir onun beynində həyat yoldaşı ilə Yunanıstan və İtaliyada istirahət edərkən yaranıb.

Bundan əlavə, Piter Böyük Britaniyanın ən quraq ərazilərindən birində yaşayır, ona görə də ehtiyat çənlər qurmağı lazım bilib və bu artıq öz bəhrəsini verib. Digər britaniyalılara ölkədəki quraqlıq səbəbindən bağlarını suvarmaq üçün krandan su istifadə etmək qadağan edilsə də, Harden bu məhdudiyyətləri asanlıqla dəf edir.

Buna baxmayaraq, adam su ehtiyatını 9000 litrə çatdırmağı planlaşdırır.



Teqlər:





Xəbər lenti