Diqqətli olun: Qəhvəni bu cür içmək xərçəng yaradır

      Diqqətli olun:    Qəhvəni bu cür içmək xərçəng yaradır
  26 Avqust 2022    Oxunub:1574
Kembric Universitetinin alimlərinin araşdırmasına görə isti qəhvə içmək qida borusu xərçəngi riskini üç dəfə artırır.
Alimlər 360 mindən çox insanın genlərini müqayisə edərək, onları 11 il ərzində 22 növ xərçəngə tutulma riski ilə əlaqələndiriblər. Məlumatlar göstərdi ki, genetik olaraq qəhvə içən insanların qida borusu xərçənginə tutulma ehtimalı təxminən üç dəfə çoxdur.

Qəhvə içmək və qida borusu xərçəngi arasındakı əlaqənin ən çox ehtimal olunan səbəbi boğaza isti maye tökülməsinin qida borusuna bir qədər zərər verməsidir.

Tədqiqatçıların fikrincə, istənilən isti içkilər risklərlə əlaqələndirilir. Fakt budur ki, onlar qida borusunun toxumalarına zərər verir, bu, genləri zədələyən və xərçəng inkişaf riskini artıran iltihaba səbəb olur.


AzVision.az



Teqlər:





Xəbər lenti