Yuxudan əvvəl bu nahiyədə ağrı xərçəng əlaməti ola bilər

   Yuxudan əvvəl bu nahiyədə ağrı xərçəng əlaməti ola bilər
  25 Avqust 2022    Oxunub:1326
Mədəaltı vəzin xərçəngi ilk mərhələlərdə simptomsuz, ağrısız keçir.
AzVision.az xəbər verir ki, həkimlər yatmazdan əvvəl və yataqda qarının yuxarı hissəsi və kürəkdə ağrıların olmasının mədəaltı vəzidən ola biləcəyini bildirir.

Yuxuya gedən anda belə ağrıları hiss etmək şübhəlidir. Eləcə də gün ərzində ağrı olmur, ancaq günorta uzanıb istirahət edəndə həmin hissədə ağrı başlayıb kürəyə vurursa bu problemdən şübhələmək olar.


Mədəaltı vəz şişlərinin digər əlamətləri də üz, bədən, göz içində sarılıqdır. Amma bu artıq şiş böyüyüb, öd axarlarını tutanda olur.

Eləcə də iştahın azalması, arıqlama, qarında şişkinlik, bədəndə hərarətin tez-tez 37-ni keçməsi də əlamətlərdən ola bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti