İslamiada: Daha bir cüdoçumuz gümüş medal qazandı

   İslamiada:    Daha bir cüdoçumuz gümüş medal qazandı
  15 Avqust 2022    Oxunub:1086
Azərbaycanlı cüdoçu Nəriman Mirzəyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, 73 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada özbəkistanlı Şakram Ahadovla görüşüb.

Rəqibinə cərimə xalı ilə uduzan idmançımız gümüş medalla kifayətlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti