İdmançımız Avropa çempionu oldu

   İdmançımız Avropa çempionu oldu
  13 Avqust 2022    Oxunub:1266
Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Polşanın Raşin keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa çempionatının qalibi olub.
AzVision.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 126 kq, təkanla qaldırmada 158 kq-ın öhdəsindən gəlib.

Toplam 284 kq (126+158) nəticə göstərən Alməmmədov bütün rəqiblərini üstələyərək yekun sıralamada qızıl medal qazanıb.

Bu, həm də yeniyetmələr arasında yeni Avropa rekordudur.

AzVision.az



Teqlər:





Xəbər lenti