Daha üç güləşçimiz İslamiadanın finalında

Daha üç güləşçimiz İslamiadanın finalında
  13 Avqust 2022    Oxunub:512
Azərbaycanın yunan-Roma güləşçiləri Sənan Süleymanov, Həsrət Cəfərov və Murad Məmmədov V İslam Həmrəyliyi Oyunlarında finala yüksəliblər.
AzVision.az xəbər verir ki, S.Süleymanov Tunis idmançısı Lamced Maafi üzərində 4:3 hesabı ilə qalib gəlib.

M.Məmmədov türkiyəli güləşçi Ayxan Karakuşu 10:7, H.Cəfərov isə Türkmənistan idmançısı Beqmurat Nobatovu 9:1 hesabı ilə məğlub edib.

Azərbaycan güləşçiləri Məhəmməd Əhmədiyev, Sabah Şəriəti və Jalya Əliyeva yarımfinala yüksəliblər.

AzVision.az

Teqlər:







Xəbər lenti