Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bəlli olub

   Çempionlar Liqası:    "Qarabağ"ın potensial rəqibi bəlli olub
  09 Avqust 2022    Oxunub:889
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub.

"Report"un məlumatına görə, "köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırsa, növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.

Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, "Qarabağ" hazırda Budapeştdə "Ferentsvaroş"la qarşılaşır. İlk hissədən sonra hesab Ağdam klubun xeyrinədir - 1:0. Azərbaycan çempionu Bakıdakı ilk matçdan heç-heçə ilə ayrılıb - 1:1.

AzVision.az



Teqlər:





Xəbər lenti