Qeyri-adi muzey

Qeyri-adi muzey
  02 Avqust 2022    Oxunub:1522
Niderlandın Rotterdam şəhərindəki qeyri-adi memarlıq tikililərindən biri olan Depot Boijmans Van Beuningen çox maraqlı incəsənət nümunəsi sayılır.
AzVision.az xarici saytlara istinadla xəbər verir ki, “MVRDV” layihə bürosu tərəfindən təqdim edilən bina unikallığı ilə seçilir. Burada hər kəs 151 min obyektdən ibarət tam muzey kolleksiyası ilə tanış ola bilər.

Bu kompleksin restoranı və dam örtüyü parkı var: memarlar tikintidən əvvəl bu ərazidə nə qədər ağac olubsa, o qədər də əkiblər.

Bina əsasən müəyyən quruluşa malik 6609 kvadratmetr şüşə, 1664 güzgü panelindən ibarətdir. Hündürlüyü 39,5 metr olan dairəvi muzey 15 min kvadratmetr sahəsinə baxmayaraq şəhər mühitinə tam inteqrasiya olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti