Şəhriyar Məmmədyarov Karlseni məğlub edib

Şəhriyar Məmmədyarov Karlseni məğlub edib
  21 İyul 2022    Oxunub:1577
Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının növbəti turniri keçirilir.
AzVision.az xəbər verir ki, bu gün turnir çərçivəsində 3 turun oyunları baş tutub. Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov 4-cü turda bolqarıstanlı Veselin Topalovla heç-heçə etsə də, hazırkı dünya çempionu, niderlandlı Maqnus Karlsenlə qarşılaşmasını qələbə ilə başa vurub. Günün son oyununda isə şahmatçımız Fransanı təmsil edən Alireza Firuzcaya uduzub.

Qeyd edək ki, Ş.Məmmədyarov ötən turların nəticəsinə görə 6 xalla 6-cı yerdə qərarlaşıb.

Turnir iyulun 25-dək davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti