Yardımlıda baş verən ağır yol qəzası ilə bağlı açıqlama

Yardımlıda baş verən ağır yol qəzası ilə bağlı açıqlama
  28 Aprel 2014    Oxunub:3467
Yardımlı rayonunda ağır yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
AzVision.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Yardımlı rayonu, Köryədi kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşlara məxsus "MERCEDES" markalı minik avtomobili və "ZİL" markalı yanacaq daşıyan yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yük avtomobiliin aşdığı və yanacağın ətrafa dağıldığı məlum olub. Yanğın bölmələri yanğın təhlükəsiziliyini təmin etmək məqsədi ilə hadisə yerində soyutma işləri aparıb və dağılmış yanacaq yuyulub. Əməliyyat saat 15:00-da başa çatıb.


Teqlər:





Xəbər lenti