15 yaşlı yeniyetmə Araz çayında batdı

15 yaşlı yeniyetmə Araz çayında batdı
  27 Aprel 2014    Oxunub:913
Araz çayının Beyləqan rayonu ərazisindən keçən hissəsində ("Aran" sularda xilasetmə məntəqəsindən, təxminən, 200-210 km məsafədə, nəzarət olunmayan ərazidə) 1999-cu il təvəllüdlü İbrahim Fərhad oğlu Ağayev batıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.

İ.Ağayevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:15-də başa çatmışdır.


Teqlər:  





Xəbər lenti