Məktəbə şortla gələn yeniyetmə təcridxanaya göndərildi

   Məktəbə şortla gələn yeniyetmə təcridxanaya göndərildi
  14 İyul 2022    Oxunub:1673
Böyük Britaniyanın Kent qraflığında məktəbli oğlan isti havada dərsə şortla gəldiyi üçün "həbsxanaya bənzər" təcridxanaya yerləşdirilib.
Hadisə iyulun 11-də baş verib. 13 yaşlı Harrison Atting Sittingborn şəhərindəki məktəbinə şortla gəlib. Cəza olaraq, o, “Westlands School” pastoral dəstək proqramı üçün xüsusi otağa göndərilib, yeniyetmənin atası Terri Attingin dediyinə görə, bu, həbsxanaya bənzəyirdi.

Gələcəkdə yeniyetmə yenə məktəbə şortla gedib, oğlanın atası onu dərsdən götürməyə məcbur olub. Terri Attingin sözlərinə görə, oğlunun getdiyi məktəbdə kondisioner yoxdur. O, ölkədə istilərlə bağlı hava xəbərdarlığının elan edildiyi bir vaxtda şorta qadağa qoyan təhsil müəssisəsi rəhbərliyinin hərəkətlərini tənqid edib.

Milli Müəllimlər Birliyi isə bildirib ki, yolverilməz dərəcədə isti olarsa, sinif otaqlarını bağlamaq və ya daha soyuq yerlərə köçürmək, hətta şagirdləri evə göndərmək olar. Həmkarlar ittifaqının təhlükəsizlik brifinqində tələbələrin geyim qaydalarının dəyişməyəcəyi də bildirilib.


AzVision.az



Teqlər:





Xəbər lenti