Nəhəng ekzoplanetdə su tapıldı

   Nəhəng ekzoplanetdə su tapıldı
  13 İyul 2022    Oxunub:1596
NASA-nın Ceyms Uebb teleskopu nəhəng WASP-96b ekzoplanetinin atmosferində suyun əlamətlərini tapıb.
Planet Yerdən min işıq ilindən çox uzaqda, Feniks bürcündə WASP-96 ətrafında fırlanan ulduz sistemində yerləşir. Bu planet tamamilə yüksək temperaturadək qızdırılan qazdan ibarətdir.

Ceyms Uebbdən alınan ilk spektral məlumatlar cismin yuxarı atmosferində su buxarının, eləcə də orada buludların və dumanın mövcudluğunu göstərib.

AzVision.az



Teqlər:





Xəbər lenti