Mahir Superkubok oyununu buraxacaq

Mahir Superkubok oyununu buraxacaq
  08 İyul 2022    Oxunub:979
Azərbaycan millisinin "Dinamo"da (Zaqreb) çıxış edən futbolçusu Mahir Emreli Xorvatiya Superkuboku uğrunda "Hayduk"la görüşü buraxacaq.
AzVision.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç bildirib. 68 yaşlı mütəxəssis sportske.jutarnji.hr-a açıqlamasında 25 yaşlı hücumçumuzla yanaşı, 3 oyunçunun da sözügedən matçda meydana çıxa bilməyəcəyini deyib:

"Hazırlıq prosesimiz tam proqramla həyata keçirilib. Yeni zədəmiz yoxdur. Yalnız 4 oyunçumuz olmayacaq. Bunlar əvvəllər belində ağrı hiss edənlər Marko Bulat, Boşko Sutalo, Yosip Şutalo və Mahir Emrelidir".

Qeyd edək ki, iyulun 9-da "Maksimir" stadionunda oynanılacaq "Dinamo" - "Hayduk" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti